Türkiyədə növbəti yanğın - VİDEO

DÜNYA
21:34 / 04.08.2023
582

Kahramanmaraşda meşə sahəsində baş verən yanğın qrupların müdaxiləsi nəticəsində nəzarət altına alınıb.

Hit.az xəbər verir ki, Kahramanmaraşda yanğın Onikisubat mahalının Bulutoğlu Məhəlləsi çöl ərazisindəki meşə sahəsində baş verib.

Səbəbi hələ müəyyən edilməyən yanğınla bağlı 2 helikopter, 6 su çiləyicisi, 2 su çəni, 45 canlı qüvvə və yanğınsöndürmə briqadası göndərilib.

Kahramanmaraşda meşə sahəsində başlayan yanğın havadan və qurudan edilən müdaxilələr nəticəsində nəzarət altına alınıb.

Samir

 

0