Zelenski: "ABŞ rəhbərliyi təkcə Ukraynada deyil, həm də..."

DÜNYA
22:09 / 04.08.2023
378

Amerika rəhbərliyi təkcə Ukraynada deyil, həm də dünyada azadlıq üçün həyati əhəmiyyət kəsb edir.

Hit.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski axşam videomüraciətində vurğulayıb.

“Bu gün mənim Amerika Birləşmiş Ştatlarında Ukraynaya öz azadlığını müdafiə etməkdə kömək edən hər kəsə bir daha təşəkkür etmək fürsətim oldu: hər iki partiya, Konqres, prezident Bayden, hər bir Amerika ailəsi və icması. Amerika rəhbərliyi həqiqətən həyati əhəmiyyət kəsb edir. Həm də təkcə bizim regionda azadlıq üçün deyil - bunlar qlobal şeylərdir”, deyə o bildirib.

 

Zelenski ABŞ prezidentliyinə namizəd Kris Kristinin “vəziyyəti öz gözləri ilə görmək istəyən insanlardan biri” olduğuna görə təşəkkür edib, çünki amerikalı siyasətçi Ukraynaya səfərini Buçaya səfərlə başlayıb.

 

"Orada siz Rusiyanın təcavüzünün Ukraynaya və bütün Avropaya, bütün azad dünyaya nə gətirdiyini tam şəkildə görə bilərsiniz", deyə Ukrayna prezidenti fikrini yekunlaşdırıb.

Qeyd edək ki, ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədliyə iddialılardan biri, Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi avqustun 4-də elan olunmamış səfərlə Ukraynaya gəlib.

Ukraynaya səfəri zamanı Kristi tammiqyaslı işğalın əvvəlində rus qoşunlarının hücumu nəticəsində zərər çəkmiş Kiyev vilayətinin şəhərlərinə, o cümlədən Buçaya baş çəkib, həmçinin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Samir

0