Prezident Rasim Balayev və Yuli Qusmanı təltif etdi

MƏDƏNİYYƏT
14:14 / 07.08.2023
893

Rasim Əhməd oğlu Balayev “İstiqlal” ordeni ilə təltif edilib.

HİT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Sabah aktyorun 75 yaşı tamam olur.

Prezident başqa bir sərəncamla Yuli Solomonoviç Qusmanı “Şərəf” ordeni ilə təltif edilib.

O, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə mükafatlandırılıb.

0