Cığatelin oğlunun vəziyyəti necədir?

HADİSƏ
15:29 / 07.08.2023
1168

“Şairə Cığatel İsaqızının oğlunun vəziyyəti ağır olaraq qalır”.

Bu barədə Hit.az-a ailənin yaxınlarından olan Yeganə xanım məlumat verib. Qohumu xəstənin reanimasiyada olduğunu vurğulayıb:

“Həkimlər onun səhhətinin normala dönməsini gözləyir. Xəstə əməliyyat olunmalıdır. Hələ ki, əməliyyat olunmayıb”.

Qeyd edək ki, şair Cığatel İsaqızıya ağır itki üz verib. Cığatel İsaqızının oğlu ailəsi ilə Salyan istiqamətində istirahatə gedərkən maşının təkərində nasazlıq yaranıb. Təkəri dəyişmək məqsədi ilə maşını yolun kənarına çəkəndə həmin an hərəkətdə olan digər avtomobil onun maşınına çırpılır. Ciğatelin 10 yaşlı oğul nəvəsi həlak olub. Oğlunun isə ayaqları sınıb.

Azra

0