Bakıda kafeyə basqın edənlərin cinayət işi yekunlaşdı

HADİSƏ
16:55 / 07.08.2023
600

Bu ilin mart ayında Bakıda kafeyə silahlı basqın edən şəxsin istintaqı yekunlaşıb. 

Hit.az-ın məlumatına görə, təqsirləndirilən şəxs qismində 1992-ci il təvəllüdlü Cəfərov Ricat Salman oğlu, zərərçəkmiş qismində Məmmədov Səxavət Məhəmməd və Həsənov Lətif Teymur oğlu tanınıb. 

Qeyd edək ki, bu ilin mart ayında Biləcəri qəsəbəsində yerləşən "Aşıqlar" kafesinə müştəri qismində gələn 2 nəfər Məmmədov Səxavət Məhəmməd oğlunun üzərinə bıçaq çəkərək, pul tələb edib və kassadan təxminən 40-45 manat məbləğində pul götürüb. Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Cəfərov Ricat Salman oğlu və 1996-cı il təvəllüdlü Alıyev Turan Ələddin oğlu saxlanılaraq polisə təhvil verilib.

İstitaq işinin yekununda Alıyev Turan Ələddin oğlunun adı çıxarılıb.

Aydın

0