Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi təhlükə və digər xarakterli bildiriş işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Hit.az xəbər verir ki, tenderin qalibi “Vitam” MMC seçilib.
FHN-nin idarəsi ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 253 511,2 AZN-dir.
“Vitam” MMC 16 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 AZN olan şirkətin qanuni təmsilçisi Əliyev Tehran Rizvan oğludur.
Tehran Əliyev "Caspian Energy Club"un sədri və qrupun baş icraçı direktorudur.
Anar