“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
HİT.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 3-cü raundda Finlandiya təmsilçisi HJK ilə dueldən qalib ayrılsa, növbəti mərhələdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcək “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.
“Qarabağ” – HJK cütünün qalibi ilk matçını səfərdə keçirəcək.
“Qarabağ” - HJK cütünün məğlubu isə UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) - “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 24 avqustda, cavab görüşləri isə 31 avqustda gerçəkləşəcək.