Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, Birləşmiş Ştatlar Rusiya və Çin donanmalarının Alyaska sahillərində birgə patrul keçirməsini təhlükəsizlik riski hesab etmir.
Hit.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ ordusu Rusiya və Çin gəmilərinin Sakit okeanın şimalında hərəkətini fəal şəkildə izləyir.
O qeyd edib ki, bu təlimlər hələ də beynəlxalq sularda keçirilir: “Onlar təhlükə hesab edilmir. Bu, ABŞ Müdafiə Nazirliyinin qiymətləndirməsidir".
Ötən həftənin əvvəlində Çin və Rusiya Alyaska yaxınlığında birgə dəniz əməliyyatları keçiriv və bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin reaksiyasına səbəb olub. Alyaska senatoru Den Sallivanın sözlərinə görə, manevrlərdə 11 gəmi iştirak edib. O, bunu "fəaliyyətin həcmi və miqyası baxımından misilsiz" adlandırıb.
Samir