Türkiyə hakimiyyəti Derincə limanında baş verən partlayışa səbəb kimi təxribat versiyasını nəzərdən keçirir.
HİT.az xəbər verir ki, bu barədə Türkiyə Taxıl Şurasının rəhbəri Əhməd Güldal "CNN Türk" telekanalına bildirib.
Güldal aydınlıq gətirib ki, təhlükəsizlik yoxlamasından keçməyən insanlar istər dövlət qulluqçu, istər işçi, istərsə də biznes sahibi olsunlar, liman ərazisinə daxil ola bilməzlər.
"Təbii ki, bütün versiyalar qiymətləndiriləcək, lakin bu ehtimal (təxribat) daha zəif hesab olunur”, deyə Şura rəhbəri bildirib.
O əlavə edib ki, partlayışın səbəbi ətraflı araşdırmadan sonra müəyyən ediləcək.
Avqustun 7-də Türkiyənin Mərmərə dənizindəki Derincə limanında partlayış baş verib və 16 liftdən 13-ü zədələnib. Nəticədə 12 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.