\"Qalatasaray\"da Qrizman SƏSLƏRİ

11:30 / 08.08.2023
516

Türkiyənin son çempionu "Qalatasaray" transferdə şou göstərməyə davam edir.

HİT.az xəbər verir ki, İstanbul klubu daha bir dünya ulduzu ilə danışıqlara başlayıb.

Türk mətbuatında yer alan iddialara görə, "Cim-Bom" İspaniyanın "Atletiko Madrid" klubunun hücumçusu Antuan Qrizmanı da heyətinə qatmağa çalışır. Madrid klubunun da fransız futbolçunu satmağa müsbət yanaşdığı qeyd olunub. Xüsusilə Erdem Timur "ən böyük xəyalım" olaraq adlandırdığı Qrizman transferini bir an öncə bitirmək istəyir.

Qeyd edək ki, 32 yaşlı futbolçu karyerası ərzində meydana çıxdığı 645 matçda 244 qol atıb, 111 məhsuldar ötürmə edib. 

Pərviz

0