Hindistanda COVID-in yeni ştammı aşkarlanıb - KİV

DÜNYA
18:36 / 08.08.2023
444

Hindistanın COVID-19 Genomik Konsorsiumu ölkədə koronavirusun "Eris" adlı yeni alt-variantının aşkarlanması barədə məlumat verib və bu, hazırda Böyük Britaniyada sürətlə yayılır. 

HİT.az xəbər verir ki, bu barədə "Economic Times" yazır.

"EG.5.1" ştammı "Omicron" ştamından mutasiya edib və ilk dəfə bu ilin martında aşkar olunub. Keçən ay İngiltərədə kəşf edilib. Son vaxtlara qədər bu ştamm o qədər də narahatlıq yaratmırdı, lakin alimlər onun yayılma sürətindən və halların sayının artmasından narahatdırlar.

Hindistan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, son 24 saat ərzində ölkədə 54 yeni koronavirus daşıyıcısı müəyyən edilib, nəticədə ölkə üzrə aktiv yoluxma hallarının ümumi sayı 1574-ə çatıb.

Konsorsiumun rəhbəri Anuraq Aqravalın sözlərinə görə, immunitetin aşağı düşməsi və yeni mutasiyaların "immunitetdən qaçması" nəticəsində xəstəlik hallarının vaxtaşırı artması müşahidə olunacaq.

Samir

0