“Atəşgah” Sığorta Şirkətinin 75 000 manat pulunu oğurladı, 11 il həbs verildi

ÖLKƏ
10:23 / 09.08.2023
322

Ali Məhkəmədə oğurluq etməkdə təqsirləndirilən Paşa Hüseynovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, məhkumun ərizəsi məhkəmə kollegiyasına daxil olub.

Həmin ərizədə məhkum göstərib ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür. Paşa Hüseynov xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın.

Qərara əsasən, onun ərizəsi təmin olunub.

İttihama görə, 1995-ci il təvəllüdlü Paşa Hüseynov “Atəşgah” Sığorta Şirkəti ASC-nin Zərərlərin tənzinlənməsi idarəsində mütəxəssis vəzifəsində işləyib. O, çalışdığı müddət ərzində 2019-cu illərdə informasiya texnologiyalarından istifadə etməklə özgənin, yəni həmin sığorta şirkətinin külli miqdarda əmlakını gizli olaraq talayaraq oğurluq edib və təkrarən ictimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə burada saxlanılan kompüter məlumatlarını ələ keçirmək niyyəti ilə qəsdən daxil olub. Paşa Hüseynov bu yolla “Atəşgah”ın ümumilikdə 75 000 manat pulunu oğurlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin Paşa Hüseynovun şikayətini təmin etməyib.

0