Türkiyənin ən məşhur müğənnilərindən olan Ebru Gündəşlə bağlı maraqlı fakt gündəmə gəlib.
HİT.az xəbər verir ki, sənətçinin bacısının olduğu ortaya çıxıb.
Aslıhan Gündəş Akça adlı xanım müğənninin atasının ikinci evliliyindən olan övladıdır. Bildirilir ki, bacılar uzun illərdir bir-birləri ilə görüşmürlər. Aslıhan Gündəş Akçanın media sektorundan olmadığı, sıravi bir həyat yaşadığı məlum olub.
Qeyd edək ki, onlar arasındakı bənzərlik sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.
Pərviz