Amerikalı siyasətçi: "NATO fəaliyyətini dayandırmalıdır"

DÜNYA
12:55 / 09.08.2023
687

Nyu-Yorkdan ABŞ Senatının namizədi Diane Sayre RİA Novosti-yə müsahibəsində NATO-nu ölü və mənasız təşkilat adlandırıb.

"1990-cı ilin oktyabrında Almaniya Demokratik Respublikası ilə Almaniya Federativ Respublikasının birləşməsindən sonra NATO öz fəaliyyətini dayandırmalı idi".

HİT.az xəbər verir ki, bunu Nyu-Yorkdan ABŞ Senatına müstəqil namizəd Dayan Seyr deyib.

Onunn sözlərinə görə, Şimali Atlantika Alyansında fikir ayrılıqları var: “Bilirsiniz, NATO daxilində artıq təşkilatın siyasəti ilə razılaşmayan çoxlu sayda insan var. Bu təşkilat bir fosildir. Buna görə də fəaliyyətinin o qədər də uzun sürəcəyini düşünmürəm".

O, əlavə edib ki, NATO-nun mövcud olub-olmayacağı Avropa ölkələrinin nə qədər vaxta qədər təşkilatın bir hissəsi olmaq və “iqtisadiyyatlarını məhv edən” oyunu oynamaq istəməsindən asılı olacaq.

Samir

0