Sumqayıtdakı qətlin detalları açıqlandı: Üç ay əvvəl ailə qurubmuş - FOTO

HADİSƏ
14:38 / 09.08.2023
701

Sumqayıtda kişinin qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

“Report”un xəbərinə görə, qətlə yetirilən Ağahüseyn İmanov həyat yoldaşı Əfsanə Məmmədova ilə üç ay əvvəl ailə həyatı qurubmuş.

Mərhumun qonşularının sözlərinə görə, A.İmanov əvvəllər məhkumluq həyatı yaşayıb.

Onlar bildirib ki, cütlük ailə həyatı qurandan bu günə qədər aralarında hər hansı söz-söhbət mövcud olmayıb: “O, evin tək uşağı olub. Valideynlərini erkən yaşda itirib. Ailə qurduqdan sonra Sumqayıtda restoranların birində kababçı kimi işləyirdi”. 

Qeyd edək ki, avqustun 9-da Sumqayıt şəhərinin Corat qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub.

İbtidai istintaq davam etdirilir.

0