İstanbul nəhəngləri dünya ulduzu üçün QARŞI-QARŞIYA

16:31 / 09.08.2023
612

Türkiyənin "Fənərbağça", "Qalatasaray" və "Beşiktaş" klublarının gündəminə növbəti dəfə eyni futbolçu gəlib.

HİT.az xəbər verir ki, İngiltərənin "Çelsi" klubunun futbolçusu Hakim Ziyeç menecerlər vasitəsi ilə hər üç İstanbul klubuna təklif olunub.

Lakin "Qalatasaray" onun xidmətində maraqlı olmadığını deyərək, təklifi rədd edib. "Fənərbağça" və "Beşiktaş" isə futbolçunun transferində maraqlıdırlar. Xüsusilə Ziyeçin London klubundan ayrılmaq istəməsi onların iştahını daha da qabardır. 

Qeyd edək ki, Hakim Ziyeç ötən mövsüm "Çelsi" ilə meydana çıxdığı 24 matçda sadəcə 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Pərviz

0