İran səsdən sürətli qanadlı raket hazırlamaq üçün texnologiya əldə edib

DÜNYA
17:21 / 09.08.2023
374

İran səsdən sürətli qanadlı raket hazırlamaq üçün lazım olan texnologiyanı əldə edib.

HİT.az xəbər verir ki, yarı rəsmi "Təsnim" Xəbər Agentliyinin məlumatına görə, İranın müdafiə sənayesi mütəxəssisləri səsdən sürətli raketlərin yaradılması və istehsalı texnologiyasına çatıblar.

“İranın gələcək nəsil qanadlı raketi” olaraq xarakterizə edilən səsdən sürətli raketin hazırda sınaq mərhələsində olduğu və bunun ölkənin müdafiə qabiliyyətində “yeni səhifə” açacağı bildirilib.

İyunun 6-da paytaxt Tehranda prezident İbrahim Rəisinin də iştirak etdiyi mərasimdə İran 1400 kilometr mənzilli "Fettah" adlı hipersəs ballistik raketini nümayiş etdirib.

Səs sürətindən ən azı 5 dəfə (saniyədə 343 metr) sürətlə hərəkət edən raketlərə "hipersəs" deyilir. Bu cür raketlər yüksək sürətinə görə hava hücumundan müdafiə sistemlərindən yan keçə bilir.

Samir

1