Bu şirkət məhkəməyə verildi

İQTİSADİYYAT
18:33 / 09.08.2023
576

"Gilan Ənd Knauf" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib. 

Hit.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən, malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizindən səksən faizinədək məbləğdə cərimə edilir.

İşə Xəzər Rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovun sədrliyi ilə baxılacaq.

Aydın

0