Belarus Cozep Borreli yalan danışmaqda ittiham etdi

DÜNYA
19:40 / 09.08.2023
666

Belarus Xarici İşlər Nazirliyi iddia edir ki, Avropa İttifaqının xarici xidmətinin rəhbəri Cozep Borrel, Baltikyanı ölkələr və Polşanın xarici əlaqələr idarələri rəhbərlərinin Belarusda keçirilən prezident seçkilərinin ildönümü ilə bağlı bəyanatları saxta ittihamlar üzərində qurulub.

HİT.az xəbər verir ki, bu barədə bəyanat nazirliyin saytında dərc olunub.

“Avropa İttifaqının ali nümayəndəsi Cozep Borrelin, Baltikyanı ölkələrin və Polşanın xarici əlaqələr qurumlarının rəhbərlərinin, digər Aİ dövlətlərinin siyasətçilərinin ölkəmizdə keçirilən prezident seçkilərinin növbəti ildönümü ilə bağlı bəyanatları tamamilə Belarusa qarşı saxta ittihamlar üzərində qurulub”, deyə Belarus diplomatik xidmətinin mətbuat xidməti bildirib.

Samir

0