"Sosial Xidmətlər Agentliyi" barədə Ali Məhkəməyə müraciət edildi

İQTİSADİYYAT
19:07 / 09.08.2023
415

"Sosial Xidmətlər Agentliyi" Publik Hüquqi Şəxs barəsində Ali Məhkəməyə müraciət edilib. 

HİT.az-ın məlumatına görə, dövlət qurumu barəsində Ali Məhkəmədə iddianı Orucova Narınc Səttar qızı qaldırıb.

N.Orucova dövlət qurumunu inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - sosial təminatı üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. 

İşə Ali Məhkəmənin hakimi Rahib Nəbizadənin sədrliyi ilə baxılacaq.

Aydın

0