İtaliyanın "Yuventus" klubu heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
HİT.az xəbər verir ki, Turin təmsilçisinin hədəfində Türkiyənin "Qalatasaray" klubunun ulduzu Nikolo Zaniolo var.
İtaliya mətbuatında yer alan xəbərlərə əsasən, "Yuventus" hücumçu üçün İstanbul klubuna 25 milyon avro təklif verib. Xəbərdə o da qeyd olunub ki, İtaliya klubu ilk olaraq "Qalatasaray"a Zaniolonu heyətindəki başqa futbolçularla dəyişməyi təklif edib, ardınca isə 22 milyon avro verib. Lakin hər iki təklif də rədd edilib.
24 yaşlı futbolçunun müqaviləsində sərbəst qalma məbləği 35 milyon avro olaraq göstərilib. Buna baxmayaraq, tərəflər arasında gedən danışıqların ardından "Qalatasaray" 30 milyon avroya qədər düşüb. "Yuventus"un son təklifi isə 25 milyon avro ilə yanaşı, bonusları da əhatə edir. Bu isə 27 milyona qədər gəlib çatır. Hazırda transfer görüşmələrindəki fərq 3 milyona qədər enib.
Ortaq məxrəcə gəlmək üçün tərəflər arasındakı danışıqlar davam etdirilir.
Pərviz