ABŞ prezidenti Co Baydenin Arizonadakı uran yataqlarının işlənməsini qadağan etmək qərarı Rusiya prezidenti Vladimir Putinə hədiyyə olub.
HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
“ABŞ Atom Elektrik Stansiyaları hələ də yanacağın təxminən 12%-ni Rusiya xammalından almağa davam edir. Bu gün ABŞ nüvə reaktorları üçün istifadə olunan uranın ümumi miqdarının təxminən 95%-ni idxal edir. Yeni fərman Vaşinqtonun Rusiya uranına alternativ tapmasını çətinləşdirəcək", deyə WSJ qeyd edir.
Bildirilir ki, Ağ Ev rəhbəri Arizonada bir milyon akr-a yaxın ərazilərə “milli abidə” statusu verib.
Samir