İsveç, Danimarka və Niderlandıa birlikdə Quranın yandırılması ilə bağlı aksiyalardan sonra terrorçu qrupların hədəfinə çevrilib. İsveç üçün terror təhlükəsi daha da hiss olunur.
HİT.az xəbər verir ki, bu barədə İsveç Milli Polis Əməliyyat Departamentinin terrorla mübarizə şöbəsinin rəhbəri Maqnus Şöberq bildirib.
"Hazırda Danimarka və Niderland ilə yanaşı, İsveçin də adının çəkildiyi əksər terror qruplarının hesabatları və bəyanatları var. Bu, təhlükəni daha da hiss etdirir. Biz heç bir xüsusi təhlükənin olmaması faktından onun həqiqətən də var olduğuna getmişik", deyə Maqnus Şöberq bildirib.
O, İsveç hüquq-mühafizə orqanlarının artan terror təhlükəsinə hazır olmasından danışaraq qeyd edib ki, bu gün ölkə polisi keçmişlə müqayisədə “daha yaxşı işləyir”. Eyni zamanda, onun sözlərinə görə, heç kim hücumun olmayacağına zəmanət verə bilməz.
Samir