Ermənilər həqiqətən Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir? - ŞƏRH

SİYASƏT
15:03 / 10.08.2023
1791

"Ermənistanda ermənilərin Türkiyə ilə münasibətlərin düzəlməsinin tərəfdarı olaraq çıxış etməsi heç də onların reallığı dərk etməsi və yaxud da düşmənçilik düşüncələrindən uzaqlaşmaq niyətində olduğu demək deyil".

Bu sözləri politoloq Rəşad Bayramov Ermənistanda aparılan son rəy sorğuları nəticəsində əhalinin əksəriyyətinin Türkiyə ilə münasibətlərin düzəlməsinin tərəfdarı olduğunun ortaya çıxmasını HİT.az-a şərh edərkən deyib.

O xatırladıb ki, Türkiyə ilə Ermənistan arasında quru sərhədləri bağlanandan sonra da, Türkiyəyə gedərək orada işləyən və türklərlə ticarət əlaqələri olan ermənilərin sayı kifayət qədər idi:

331673

"Bu gün də tərəflər arasındakı münasibətlərin normallaşmasını və sərhədlərin açılmasını istəyən ermənilər Türkiyəyə bir qazanc yeri kimi baxaraq bu mövqedən çıxış edirlər. Onlar, yaşayışlarını yaxşılaşdırmaq və şəxsi mənafelərini təmin etmək üçün özlərini Ermənistanla Türkiyə arasındakı münasibətlərin normallaşmasının tərəfdarı olaraq təqdim edirlər. Hətta erməni cəmiyyətinin böyük əksəriyyəti də bu düşüncədədir".

Ekspert qeyd edib ki, ermənilərin bir qismi isə ölkələrinin Rusiyanın boyunduruğundan qurtulmağını istəyir:

"Onlar, yaxşı dərk edirlər ki, bugünləri Rusiyanın boyunduruğundan xilas olmaq və rusların Ermənistan iqtisadiyyatındakı mövqeyini zəiflətmək üçün Türkiyə ilə münasibətlərin normallaşması lazımdır. Həmçinin, Türkiyə iqtisadiyyatının Ermənistana girişinin təmin olunmasına da ehtiyacın olduğunu dərk edirlər".

Politoloq vurğulayıb ki, həm Türkiyə ilə iqtisadi münasibətlərin qurulmasını, həm də Türkiyəni Ermənistanda Rusiyanın dominatlığının qarşısını alacaq güc kimi görmək istəyənlərin də məqsədi özlərinin və ölkələrinin mənafelərinin təmin edilməsinə yönəlib:

"Amma ermənilərin hər hansısa birinin bu düşmənçilik münasibətlərinə son qoyması inandırıcı deyil. Nəzərə almaq lazımdır ki, bu toplum bağçadan və orta məktəbdən türkə qarşı düşmənçiliklə tərbiyə olunur. Ona görə də, onların bu xislətdən əl çəkəcəyinə inanmaq sadəlövhlük olardı. Bu, sadəcə Türkiyə ilə daha yaxşı münasibətlər qurmaqla öz mənafelərini təmin etməkdən irəli gələn istəkdir".

Pərviz

0