Koronavirusun yeni variantı Azərbaycana gələcək? - İnfeksionistdən AÇIQLAMA

ÖLKƏ
14:26 / 11.08.2023
795

Rusiyada koronavirusun yeni variantı yayılıb.

"EG.5" adı verilən variant əvvəlkilərdən daha sürətlə yayılır. Üstəlik, artıq onlarla yoluxan şəxsin olduğu da bildirilir. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı da sözügedən variantın dünyada sürətlə yayılması barədə xəbərdarlıq edib.

Maraqlıdır, koronavirusun yeni variantı Rusiyadan Azərbaycana da gələ bilərmi?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, yeni ştammın Azərbaycana qarşı hər hansısa bir təhlükəsi gözlənilmir:

331724

"Çünki bizdə demək okar ki, hər kəs bu xəstəliyə yoluxub və sağalıb. Yəni biz kollektiv immunitet əldə etmişik. Buna görə də ikinci və ya üçüncü dəfə eyni xəstəliyə yoluxanda hansı variant olmasından aslı olmayaraq, onu yüngül keçiririk. Amma burada istisnalar da var. Yaşlı şəxslər, uşaqlar, immun sistemi zəif olanlar və xroniki xəstələr risk qrupuna daxildir. Onlar, bu xəstəliyi ağır keçirə bilərlər. Ona görə də onların peyvənd olunmasını tövsiyə edirik".

Həkim koronavirusun "EG.5" variantının Azərbaycana gəlməsinin gözlənildiyini də deyib:

"Təbii ki, həmin xəstəlik Rusiya kimi qonşu ölkədə varsa, bura da gəlməsi gözləniləndir. Amma bu, o qədər də ciddi olmayacaq. Həmçinin, bunun yoluxma sayında kəskin artıma və karantin qaydalarının tətbiqinə səbəb olması gözlənilmir".

Pərviz

1