"Xorulmadaq boşanmağa səbəb olur" - Həkim

MARAQLI
17:00 / 11.08.2023
719

"Xoruldamaq inkişaf etmiş cəmiyyətlərdə boşanma səbəbi belə ola bilir".

HİT.az xəbər verir ki, bunu türkiyəli uzman doktor Ömər Faiq Sağun deyib.

O bildirib ki, xoruldamaq sosial həyata birbaşa təsir göstərir:

"Çünki gecə çıxan xoruldama səsi qarşı tərəfi narahat edir. Hətta insanlar buna görə eyni otaqda belə qalmaq istəmirlər. Xüsusilə evli cütlüklər xoruldamağa görə öncə yataqları, sonra isə otaqları ayırır. Bəzən xoruldama səsi digər otaqdan belə eşidilir".

Həkim qeyd edib ki, əslində xoruldamaq xəstəlik əlamətidir:

"Xoruldayan insanlar adətən səhər yuxudan oyananda çox yorğun olurlar. Bu şəxslər çox vaxt artıq çəkidən də əziyyət çəkirlər. Üstəlik, həmin şəxslərdə infrakt kimi bir çox ürək xəstəliklərinə də rast gəlinir. Ona görə də bunu vaxtında müalicə etmək lazımdır. Xoruldamağın müalicəsinin olduğunu unutmaq olmaz. 4-5 dəqiqəlik əməliyyatla bu problemdən xilas olmağınız mümkündür".

Pərviz

0