İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması ilə bağı tenderə yekun vurub.
Hit.az xəbər verir ki, tenderin qalibi “İsmayıllı Tikinti-27” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 77 200,5 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "İsmayıllı Tikinti-27” ASC 5 iyun 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 339 144 AZN olan ASC-nin hüquqi ünvanı İsmayıllı rayonu, İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 100-də yerləşir. ASC-nin qanuni təmsilçisi Əliyev Azad Gülməmməd oğludur. Azad Əliyev həm də ASC-nin İdarə Heyətinin sədridir.
"İsmayılli Tikinti-27” ASC-nin adı keyfiyyətsiz beton satmaqda hallanır. Bir müddət əvvəl bu barədə mediada geniş material yer alıb. Vüsal Həsənov adlı şəxs iddia edib ki, "İsmayıllı Tikinti-27” ASC ona keyfiyyətsiz beton satıb. Vüsal Həsənov dediklərini əsaslandırmaq üçün bununla bağlı video da paylaşıb.
2018-ci ildə isə "İsmayıllı Tikinti-27” ASC-nin adı rüşvət qalmaqalında hallanıb.
Anar