Banan qabığı ilə ayaqqabı silsəniz...

MARAQLI
11:34 / 14.08.2023
716

Rəngi solmuş ayaqqabıları parıldatmağın yeni yolu tapılıb.

HİT.az xəbər verir ki, bu istiqamətdə banandan istifadə oluna biləcəyi məlum olub.

Belə ki, bananla ayaqqabılarımızın istifadə müddətini artıra bilərsiniz. Xüsusilə çirklənmiş ağ ayaqqabıları banan qabağı ilə sürətli şəkildə təmizləmək və saralmasının qarşısını almaq mümkündür. Həmçinin, rəngi solmuş və çirklənmiş digər ayaqqabıları da bu yolla təmizləmək olar. 

Deməli, banan qabığı həm ayaqqabıların çirklərini və tozlarını təmizləyir, həm də onun üzərindəki ləkələri yox edir. 

Bəs necə təmizləmək lazımdır?
Banan qabığının içi ilə ayaqqabınızı sürtərək, yaxşı-yaxşı təmizləyin. Ardınca bir neçə dəqiqə gözləyin. Sonra isə ilıq suya saldığınız yumşaq bir bez və ya dəsmal ilə ayaqqabılarınızı silin. Nəticə inanılmaz olacaq.

Bundan sonra banan qabıqlarını atmaq yerinə ayaqqabılarınızı təmizləmək üçün istifadə edə bilərsiniz. 

Pərviz

0