İrəvan Bələdiyyəsinin iclasında “Veolia Jur” şirkəti ilə bağlı problemlərə, eləcə də suyun vaxtaşırı kəsilməsinə toxunulub.
HİT.az xəbər verir ki, son zamanlar sosial şəbəkələrdə vətəndaşlar davamlı olaraq suyun uzun müddət kəsilməsindən şikayətlənir, paytaxtın bəzi ərazilərində bir, hətta iki gün də su kəsilir.
"Fövqəladə su kəsimlərinin sayı normadan çox olub? Mən mütəmadi olaraq şikayətlər alıram", deyə İrəvanın vitse-meri Avinyan soruşub.
“Veolia Jur” QSC-nin nümayəndəsi cavab olaraq qeyd edib ki, son vaxtlar su qəzalarının sayı həqiqətən də normadan artıqdır: “Səbəb köhnə, dağılmış su borularıdır”.
Samir