Tramp prokurorun bu hərəkətini “vəhşilik” adlandırdı

DÜNYA
18:17 / 14.08.2023
425

ABŞ-ın keçmiş prezidenti Donald Tramp xüsusi prokuror Cek Smiti X sosial şəbəkəsindəki (keçmiş "Twitter") köhnə hesabına daxil olmaq üçün order aldığına görə tənqid edib.

HİT.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

“Dəli prokuror Cek Smit mənə demədən və bu vəhşiliyi məndən tamamilə gizlətməyə çalışmadan keçmiş "Twitter" hesabıma girişə necə cəsarət etdi?", deyə Tramp yeni "Truth" sosial şəbəkəsində yazıb.

Artıq üç dəfə ittiham olunan keçmiş ABŞ prezidenti bildirib ki, Ədliyyə Nazirliyi hazırkı prezident Co Baydeni araşdırmalıdır.

Qeyd olunur ki, Smitin komandası hazırda Trampın məxfi sənədləri saxlaması və 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdini araşdırır.

Samir

0