Naxçıvan Muxtar Respublikasının (NMR) Fövqəladə Hallar Nazirliyində (FHN) yoxlama aparılacaq.
Oxu.az-ın məlumatına görə, Hesablama Palatası tərəfindən nazirlik və strukturuna daxil olan qurumlarda kənar dövlət maliyyə nəzarəti tədbiri keçiriləcək.
Yoxlamalar 2023-cü il avqust ayının sonunda nəzərdə tutulub.
Hesablama Palatasından məlumat təsdiqlənib.
Qeyd edək ki, hazırda NMR-in Səhiyyə Nazirliyində kənar dövlət maliyyə nəzarəti tədbiri davam etdirilir.