ABŞ-dan Çiliyə uçan təyyarənin pilotu öldü

DÜNYA
10:49 / 16.08.2023
377

"Latam" aviaşirkətinin pilotu ABŞ-dan Çiliyə uçarkən ölüb.

HİT.az xəbər verir ki, bu barədə "Biobio" radiostansiyası məlumat yayıb.

Qeyd olunur ki, təyyarə Mayamidən Çilinin Santyaqo şəhərinə uçurmuş. Pilot Panamada təcili eniş etdikdən qısa müddət sonra dünyasını dəyişib. O, üç aparıcı ekipaj üzvündən biri olub.

“Uçuş zamanı səhhəti pisləşən pilotun həyatını xilas etmək üçün bütün zəruri təhlükəsizlik protokollarına əməl edilib, lakin yerə endikdən və yardım göstərildikdən sonra pilot təəssüf ki, dünyasını dəyişib”, deyə aviaşirkətin açıqlamasında bildirilir.

Samir

0