Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen Çindən Ukrayna məsələsində daha sərt mövqe tutmasını və döyüşlər barədə Vladimir Putinlə danışmağı xahiş etməyi planlaşdırdığını bildirib.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
“Putin Avropa liderlərini dinləmir, amma Çini açıq şəkildə dinləyir. Ona görə də sübut etmək istəyirəm ki, Çin özünü tanıtmalıdır”, deyə Rasmussen bildirib.
Diplomat cümə günü Pekində çinli həmkarı Vanq Yi ilə də Ukraynanı müzakirə edəcəyini vurğulayıb. Onun bu gün Çinin ticarət naziri Vanq Ventao ilə görüşü planlaşdırılır.
Samir