Meksika Sahil Mühafizəsi Querrero və Quintrana Roo ştatlarının sahillərində təxminən üç ton kokain və 150 litr yanacaq tapıb.
Hit.az xəbər verir ki, bu barədə xidmətin məlumatında deyilir.
“Son bir neçə gün ərzində Sahil Mühafizəsi rəsmiləri 3 müxtəlif əməliyyat zamanı 2800 kiloqramdan çox kokain, təxminən 150 litr yanacaq və bir qayıq ələ keçiriblər”, deyə məlumatda bildirilir.
Agentliyin məlumatına görə, əməliyyatlar zamanı xidmət əməkdaşları dənizdə və sahildə kiçik gəmilərdə sıx torbalara yığılmış narkotik maddələr və yanacaq aşkar ediblər. Zabitlər həmçinin şübhəli üç şəxsi həbs ediblər.
Sahil