Azərbaycana qarşı qərəzli münasibətə səbəb nədir? - ŞƏRH

İQTİSADİYYAT
11:55 / 17.08.2023
764

Son günlərdə beynəlxalq təşkilatların və Avropa dövlətlərinin Azərbaycana qarşı qərəzli və həqiqəti əks etdirməyən bəyanatlarının şahidi oluruq. 

Onların ölkəmizə qarşı ikili standartlardan yanaşması və ermənipərəst mövqedən çıxış etməsi vətəndaşların hiddətinə səbəb olur. Xüsusilə ermənilərin törətdiyi təxribatlara və vəhşiliklərə səssiz qalan bu güc mərkəzlərinin Azərbaycana qarşı çirkin siyasət həyata keçirdiyini görürük. Nüfuzlu qurumların və böyük dövlətlərin erməni lobbisinin əlində "oyuncağa" çevrilməsi təəssüf doğurur. 

Həmçinin, bu məqamda bəzi suallar da meydana gəlir: Beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında nə dayanır? Onların ikili standartlardan çıxış etmələrinin səbəbi nədir?

Mövzu ilə HİT.az-a açıqlama verən politoloq Elçin Abdullayev bildirib ki, bu suallar artıq 30 ildən çoxdur aktuallığını qoruyub saxlayır:

 

"İstər Avropa dövlətləri, istərsə də digər xristian güc mərkəzləri 30 ildən çoxdur Azərbaycana qarşı ikili standartlardan yanaşıb və ögey münasibət bəsləyiblər. Lakin Ermənistanın "başına sığal çəkməklə" məşğul olublar. Təəssüflə onu da qeyd etmək lazımdır ki, XX əsrin ikinci onilliyini geridə qoymağımıza baxmayaraq, hələ də dünyanı idarə edən güc mərkəzləri ikili siyasətdən əl çəkə bilmirlər. Bu isə təbii olaraq gələcəyə nikbin baxmağımıza imkan vermir". 

Politoloqun sözlərinə görə, son günlər Azərbaycana qarşı aparılan qərəzli münasibətin arxa fonunda Qərb-Rusiya mübarizəsi gedir:

332051

"Laçın dəhlizi ətrafında başlayan kampaniya barədə onu vurğulamaq lazımdır ki, Ermənistan tərəfi bu cür hay-küy salmaqla Azərbaycana təzyiq göstərmək məqsədi güdür. Həmçinin, bu mübarizənin bir tərəfində Qərbin, də digər tərəfində Rusiyanın olduğu da açıq-aşkar görünür. 

Ümumiyyətlə, Nikol Paşinyan hakimiyyəti bu cür addımlar atmaqla beynəlxalq ictimaiyyətin diqqətini Qafqaza yönləndirməklə həm də Rusiya ilə Qərb arasındakı mübarizəni sürətləndirir. Belə ki, Rusiya artıq 200 ildən çoxdur ki, Qafqazda varlığını sürdürür. Onun "sülhməramlı" adı altında hərbçiləri Qarabağda da mövcuddur. Kreml Qarabağdan çıxmamaq və Qərbin Qafqaza gəlməməsini hədəfləyir. Qərb isə Rusiyanın olduğu hər yerdə onun qol-qanadını kəsmək və Kremlin dayaqlarını zəiflətmək istəyir".

Elçin Abdullayev qeyd edib ki, 2018-cı ildə Paşinyanın əli ilə Ermənistanda hakimiyyətə yiyələnən Avropa dövlətləri məhz bu şounun formalaşdırılmasına şərait yaradıblar:

"Bu gün isə Paşinyan-Qərb tandemi həm Bakıya, həm də Moskvaya qarşı hərəkətə keçib. Bütün bunlara baxmayaraq, Azərbaycana qarşı aparılan bu siyasət effekt verməyəcək. Onlar, müəyyən çətinliklər yaratsalar da, rəsmi Bakının iradəsini sındıra bilməyəcəklər. Hesab edirəm ki, proseslərin bu formada davam etməsi Rusiyanın maraqlarına da çox ciddi zərbə vuracaq".

Pərviz

0