Bu məhsul xərçəngə səbəb olur - Alimlər sübut etdi

MARAQLI
19:38 / 17.08.2023
582

Çikaqo Universitetinin alimləri Milli Sağlamlıq və Ətraf Mühit İnstitutundan olan həmkarları ilə birlikdə müəyyən ediblər ki, qıvrım saçları düzəltmək üçün istifadə olunan vasitələr uşaqlıq yolu xərçənginin inkişaf riskini artırır. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri Milli Xərçəng İnstitutunun jurnalında təqdim olunub.

Müəlliflər 10 il ərzində 34 min qadının sağlamlıq məlumatlarını təhlil ediblər. Bu müddət ərzində 378 iştirakçıya uşaqlıq yolu xərçəngi diaqnozu qoyulub. Alimlər qadınların həyat tərzi ilə bağlı məlumatları təhlil etdikdən sonra müəyyən ediblər ki, bu qadınlar kimyəvi saç məhsullarından istifadə ediblər.

Belə ki, il ərzində ən azı bir dəfə bu proseduru edənlərin xəstəliyə tutulma ehtimalı heç vaxt kimyəvi düzəltmə ilə məşğul olmayanlara nisbətən 64% yüksək olub. Saçlarını tez-tez, ildə dörd və ya daha çox dəfə kimyəvi yolla düzəldən qadınlarda isə risk 71%-dən daha yüksək olub.

Samir

0