İngiltərədən olan təkamülçü Riçard Davkins deyib ki, potensial yadplanetlilər hörümçəklərə bənzəsələr də, fil ölçüsündə ola bilərlər.
HİT.az xəbər verir ki, bu barədə "Daily Star" yazır.
Dünyanın 12 universitetinin fəxri doktoru olan Riçard Davkinsin fikrincə, yadplanetlilər Yer kimi bir planetdən olsaydılar, böyük ehtimalla insanlara bənzəyəcəkdilər:
“Çox güman ki, bizimkinə bənzər başqa bir planet var, bəlkə də bizə bənzər canlılar təkamül edə bilər”.
Ancaq yadplanetlilər cazibə qüvvəsi çox zəif olan bir yerdən gəlsələr, o zaman onların görünüşü hörümçəklərə bənzəyəcək və bu cür həyat formalarının fiziki ölçüləri fillərlə müqayisə edilə bilər. Mütəxəssis bu məlumatları çoxillik işindən götürüb: "Mən tamamilə əminəm ki, yer üzündən kənar həyat var".
Samir