Koronavirus yenidən epidemiyaya çevriləcək? - AÇIQLAMA

ÖLKƏ
12:19 / 18.08.2023
436

Son günlərdə dünyada koronavirusun yeni variantına yoluxma sayı sürətlə artır.

"EG.5" adlı yeni ştammı dünyanın bir çox ölkəsinə yayılıb. Hər keçən gün yoluxan insanların sayının artması və virusa daha çox ölkələrdə rast gəlinməsi bəzi qorxulu ssenariləri gündəmə gətirir. Təbii ki, ən çox qorxulanı koronavirusun yenidən epidemiyaya çevrilməsidir.

Ümumiyyətlə, koronavirusun yenidən epidemiyaya çevrilmə riski var?

İnfeksionist Mərdan Əliyev HİT.az-a açıqlamasında bildirib ki, "EG.5" ştammının epidemiyaya çevrilməsi gözlənilmir:

332112

"Koronavirusun yeni variantına yoluxma sayında payız-qış mövsümündə yenidən artımın olması gözləniləndir. Çin, Yaponiya və Tayvan kimi ölkələrdə endemik vəziyyət ola bilər. Çünki həmin ölkələrdə hələ də kollektiv immunitet formalaşmayıb. Ona görə sözügedən ölkələrdə yoluxma sayında artım ola bilər. Təbii ki, bu, Avropa və ABŞ-a da keçəcək. Amma əvvəlki kimi pandemiya olmayacaq. Nəzərə almaq lazımdır ki, artıq bütün dünya əhalisi bu virusla tanışdır. İnsanlar bu virusa yoluxublar və orqanizmləri sağalıb. Bu isə o deməkdir ki, insanlar artıq koronavirusa qarşı immunoloji yaddaş əldə edib. Ona görə də hansı ştamm olmasından asılı olmayaraq bu xəstəliyə ikinci və ya üçüncü dəfə yoluxanda onu əvvəlki ağır formada keçirmirik. Bu səbəbdən də yenidən pandemiyanın baş verməsi gözlənilmir. Lakin buna baxmayaraq, ayrı-ayrı ölkələrdə endemik vəziyyət müşahidə edilə bilər".

Həkim ölkəmizdə də koronavirusla qarşı təhlükəli vəziyyətin yaranmasının gözlənilmədiyini vurğulayıb:

"Azərbaycanda isə koronavirusun yeni variantının təhlükəli olması gözlənilmir. Çünki bizdə və qonşu ölkələrdə koronavirusla bağlı vəziyyət stabildir".

Pərviz

0