Hərbçimizin özünü güllələməsinin ilkin səbəbi bilindi

HƏRBİ
14:56 / 18.08.2023
845

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Abbasov Asim Hamail oğlunun özünü öldürməsinin ilkin səbəbi məlum olub.

HİT.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, hadisə ailə-məişət zəminində baş verib.

Ölüm faktının ordu və ya hərbi hissədə problemlə bağlı olmadığı bildirilir.

0