BMU tələbəsinin qəfil ölüm səbəbi bilindi 

HADİSƏ
17:20 / 20.08.2023
442

Oğuzda birinci kurs tələbəsi vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Bayan kənd sakini, 2005-ci il təvəllüdlü Aydan Vidadi qızı Umarova yaşadığı evdə özünü pis hiss edib.

O, Təcili Tibbi Yardım maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Qeyd edək ki, 18 yaşlı Aydan Umarova Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi olub.

0