Məşhur müğənnidən maraqlı gəlinlik AÇIQLAMASI

MAQAZİN
10:31 / 21.08.2023
570

Türkiyəli məşhur müğənni Mələk Mosso maraqlı etirafı ilə diqqət mərkəzinə düşüb.

HİT.az xəbər verir ki, sənətçi evlənmək barədə danışıb.

Ondan toyunda necə gəlinlik geyinəcəyi soruşulub. Mələk Mosso isə belə cavab verib:

"Toya qısa müddət qalmasına baxmayaraq, bir dəfə də gəlinliyi geyinib məşq etməmişəm. Konsertlərə görə bunu etməyə vaxtım olmur. Əslində gəlinlik xəyalım yoxdur, sadə bir gəlinlik geyinəcəm".

Qeyd edək ki, Mələk Mosso Serkan Sağdıç ilə 2021-ci ildən sevgilidir. Onlar, bu ilin oktyabr ayında ailə həyatı quracaq.

Pərviz

0