Tehranda pilotsuz təyyarələrə quraşdırılan “Arman-1” və “Arman-2” idarəolunan bombaların təqdimatı keçirilib.
HİT.az bu barədə “Fars” agentliyinə istinadən xəbər verir.
“2023-cü il müdafiə avadanlığı sərgisində “Arman-1” və “Arman-2” idarəolunan bombalar təqdim edilib. Bu bombalar bu gün səhər İran prezidenti İbrahim Rəisi tərəfindən təqdim edilən “Mohajer-10” pilotsuz təyyarəsində quraşdırılıb", deyə bildirilib.
Qeyd olunur ki, çəkisi 35 kq olan “Arman-1” bombası 20 km məsafə qət edə bilir. Elektrik mühərrikindən istifadə edən “Arman-2” bombasının çəkisi 40 kq, mənzili isə 100 km-dir.
Hər iki bomba müxtəlif növ hərbi dronlardan buraxıla və GPS/INS (Inertial Navigation System Interfacing with Global Navigation Satellite System) istifadə edə bilər.
Samir