Kaliforniyada ayı bir kişinin evinə girib, bütün yeməkləri yeyib və çarpayısında yuxuya gedibb.
HİT.az xəvər verir ki, amerikalıya vəhşi heyvanı qovmağa ehtiyac qalmayıb. Belə ki, heyvan evi özü tərk edib.
Brian adlı şəxsin dediyinə görə, o, dostları ilə göldə qayıqla üzərkən telefonuna xəbərdarlıq gəlib - kimsə evə girib. Bundan sonra amerikalı uzaqdan mənzildə quraşdırılmış kameralara qoşulub və otaqda nəhəng qara ayı görüb.
“Mən ayının çarpayımda yatdığını gördüm", deyə Brian bildirib.
O, xüsusi funksiyanın köməyi ilə evdə sirenləri işə salıb. Güclü səs ayını oyadıb və heyvan sınmış pəncərədən meşəyə qaçıb. Evə qayıdan Brian ayının pəncərələri və televizoru sındırdığını, zibilləri səpələdiyini, yataq dəstlərini cırdığını və stolda qalan bütün yeməkləri yediyini görüb.
Samir