Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, bu il Serbiya Kiyevin təşkil etdiyi Krım Platforması forumuna qoşulub.
HİT.az xəbər verir ki, nazir bu barədə sammitin açılışında bildirib.
"Bu üçüncü sammitin yeni iştirakçılarını salamlamaq mənim üçün şərəfdir: Bəhreyn, Serbiya, Şərqi Timor, Birləşmiş Ərəb Əmirlikləri, Dunay Komissiyası, UNESCO və Dünya Turizm Təşkilatı", deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Bundan əvvəl Zelenski "Telegram"da Krım Platformasının sammitinin avqustun 23-də keçiriləcəyini yazmışdı. İlk belə sammit 2021-ci ildə Ukrayna tərəfinin təşəbbüsü ilə Kiyevdə keçirilib, orada Krımın respublikaya qaytarılması məsələsi müzakirə edilib. Sammitdə 40-dan çox ölkə və beynəlxalq təşkilat iştirak edib.
Samir