Siyasi ekspert: "Putin qiyamı Priqojinə bağışlamayacaqdı"

DÜNYA
11:25 / 24.08.2023
791

Ötən gecə Yevgeni Priqojinə məxsus olan “Embrair” biznes-jet Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçarkən qəzaya uğrayıb. Təyyarədə olan üç pilot və yeddi sərnişinin hər biri ölüb.

Təyyarənin sərnişinləri arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkin olub.

Bunun Rusiya prezidenti Vladimir Putin və onun komandası tərəfindən məqsədli şəkildə həyata keçirildiyi barədə söyləntilər var. 

Maraqlıdır, bu, qəzadır, yoxsa kimsə vurub? Kim vurub: Rusiya, yoxsa Ukrayna?

Hit.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Samir Hümbətov bildirib ki, baş verən hadisə planlı şəkildə həyata keçirilib:

"Təbii ki, baş verən hadisə planlı şəkildə həyata keçirilib. Təyyarənin vurulması, 10 nəfərin hər birinin öldürülməsi, Priqojinin də təyyarədə olması təsadüf kimi qiymətləndirilə bilməz. Görünür, burada məqsəd o olub ki, Priqojini məhv etsinlər. Bir müddət öncə Priqojinin Putinə qarşı qiyam qaldırması, bir sıra əraziləri nəzarətə keçirərək Moskvaya qədər irəliləməsi də nə Putin, nə də komandasının yadından çıxmayıb. Putin qiyamı Priqojinə bağışlamayacaqdı. Bu Ukrayna tərəfi və digər üçüncü tərəfin də həyata keçirdiyi hadisə ola bilər.  Amma istənilən halda, bu, Putinin həyata keçirmək istədiyi bir plan idi və yerinə yetirildi. Bununla da Putin rəqibi ilə sağollaşdı". 

Leyla

0