CHP-də şok olay: Kondisioneri söküb apardı

DÜNYA
17:17 / 25.08.2023
523

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) daha bir qəribə hadisə baş verib.

HİT.az xəbər verir ki, CHP-nin Aydın şəhərindəki Nazilli təşkilatında yaşanan sədr dəyişikliyi sonrası şok yaşanıb.

Belə ki, partiya sədri Kamal Kılıçdaroğluna qarşı çıxdığı üçün yenidən namizəd göstərilməyən Sərdar Alptəkin sürpriz bir addım atıb. O, öz dövründə otağına taxdırdığı kondisioneri sökdürüb və aparıb.

Bu isə qəsəbədə böyük təəccüblə qarşılanıb. O, özü taxdırdığı üçün bu addımı atdığını deyib. Lakin sabiq təşkilat rəhbərinin sözügedən addımı partiyaya vəfasızlıq və qeyri-etik hərəkət kimi dəyərləndirilib. 

Onun bu addımı sosial şəbəkələrdə də müzakirələrə səbəb olub və xeyli tənqid olunub. Sərdar Alptəkinin bu hərəkətinə görə partiyası tərəfindən cəzalandırıla biləcəyi də ehtimal olunur.

Pərviz

0