Fici baş naziri Sitiveni Rabuka deyib ki, Sakit okean adaları ABŞ və Çin arasında münaqişə yerinə deyil, “sülh zonasına” çevrilməlidir
HİT.az xəbər verir ki, bu barədə "The Guardian" yazır.
Onun sözlərinə görə, regionda iki güc arasında rəqabətin toqquşmalara səbəb olmayacağına ümid edir: "Onlar Sakit Okeanı qütbləşdirməyə, onu öz düşərgələrinə bölməyə çalışırlar. Buna görə də biz tam əmin olmalıyıq ki, nə etsək də, Sakit okeanın sülh zonası, bloklara qoşulmayan ərazilər zonası olmasının kollektiv ehtiyacını nəzərə alırıq".
O əlavə edib ki, bu problem Sakit Okean Adaları Dövlətlərinin Melaneziya Qabaqcıl Qrupunun - Yeni Qvineya, Torres Boğazı, Yeni Kaledoniya, Vanuatu, Fici, Solomon adalarının sammitinin əsas mövzularından birinə çevrilib. Rabuka vurğulayıb ki, bölgədə gərginlik artmaqdadır, lakin gərginliyin hələ də qarşısını almaq olar.
Fici baş nazirinin qorxusu Solomon adalarının Çinlə təhlükəsizlik paktı, Papua Yeni Qvineyanın isə ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalaması ilə bağlıdır. Bundan əlavə, Vanuatu Vaşinqtonun müttəfiqi Avstraliya ilə təhlükəsizlik müqaviləsinə razılıq verib.
Samir