Araik üçün yolun sonu çatıb? - ŞƏRH

SİYASƏT
17:47 / 28.08.2023
589

Xankəndidə naməlum şəxslər Araik Arutunyanın oturduğu binaya girərək atəş açıblar. 

Ümumiyyətlə, son zamanlarda oradakı ermənilərin separatçıların başçısına qarşı çıxdığını, etiraz etdiyini görürük. 

Maraqlıdır, artıq Araik üçün yolun sonu çatıb?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Arayik Arutyuynan artıq küncə sıxışıb:

332711

"Üstəlik, həm xaricən, həm də daxildən. Məsələ ondadır ki, rəsmi Bakı nə həm Laçın buraxılış-məntəqəsi ilə Xankəndi və ətraf ərazilərə humanitar yardımların və bu ad altında gələn silah-sursat və maliyə yardımlarına icazə vermir, həm də separatçıların muxtariyyət tələbini qəbul etmir. Bundan başqa, antiterror əməliyatlarına dair də məlumatlar var. Yəni reinteqraisya prosesi gerçəkləşməsə, Azərbaycan antiterror əməliyatına başlaya bilər".

Politoloq vurğulayıb ki, Araik bunlarla paralel daxildə də siyasi rəqibləri ilə də mübarizə aparır:

"Söhbət Ruben Vardanyan və Samvel Babayandan gedir. Hər iki şəxs Araik Arutyunyanın istefa verməsini tələb edir. Bütün bunları nəzərə alıb deyə bilərik ki, Arutyunyanın sonu çatıb. O ya öz xoşu ilə silahı yerə qoyub amnitsiyadan yararlanacaq, ya da antiterror əməliyatları nəticəsində Bakıya gətirilib burada həbs ediləck. Bütün hallarda onun sonu çatıb".

Pərviz

0