Kağız "pipetlər"in tərkibində zərərli maddələr aşkarlandı

DÜNYA
20:04 / 28.08.2023
814

Elm adamları son vaxtlar məşhurlaşan kağız şirə çubuqları ("pipetlər") araşdırıb.

Hit.az xəbər verir ki, bu barədə belçikalı elm adamları araşdırma aparıb. 39 fərqli markanın məhsullarını araşdıran tədqiqatçılar kağız "pipetlərin" də plastik "pipetlər" kimi ətraf mühitə zərərli olduğunu açıqlayıb.

Araşdırmada kağız "pipetlərin" içərisində PFAS olaraq da bilinən zəhərli maddələr aşkar edilib. Bu maddənin insanlara, təbiətə zərər verə biləcəyi qeyd edilib.

Bu maddə zamanla çox yavaş əriyir və tamamilə yox olması üçün min illər lazım gəlir. 

Qeyd edək ki, tərkibində 4700-dən çox kimyəvi maddə olan PFAS insan orqanizmində və ətraf mühitdə zamanla toplanan, tez-tez istifadə olunan texnogen kimyəvi maddələr qrupudur. Bunlar ətraf mühitimizdə və bədənimizdə son dərəcə davamlı olduqları üçün "sonsuz kimyəvi maddələr" kimi də tanınır.

Aynur Əli

0