Türkiyəli məşhur müğənni Hande Yener arıqlaması ilə diqqət çəkib.
HİT.az xəbər verir ki, sənətçi 5 gündə 4 kilo verib.
Buna səbəb onun ardıcıl konsertlər verməsi olub. Belə ki, məşhur ulduz ard-arda 5 gün konsert verərək rekord qırıb. O, Bitlis, Muş, İzmir, Çınarcık və İstanbulda səhnəyə çıxıb. H.Yener 5 konsertlə toplamda 80 min insanın qarşısına çıxıb.
Konsertlərində 5 fərqli libas geyinən müğənni toplam 9 saat səhnədə qalıb və 4 min kilometr məsafə qət edib. Sevilən ulduz bu gərgin rejimdə çəki itirdiyini deyib.
Pərviz